Printer Friendly Version Ümumvətəndaş pasportlarına sahib Azərbaycan Respublikası vətəndaşlarının vizadan azad edilməsi haqqında Qanun @ 30 May 2018 01:41 PM

Serbiya Hökuməti 24 May 2018-ci il tarixli iclasında, ümumvətəndaş pasportlarına sahib Azərbaycan Respublikası vətəndaşlarının vizadan azad edilməsi haqqında Qanun qəbul etmişdir. Qanun 2 iyun 2018-ci il tarixində qüvvəyə minəcək. 

Bu Qanuna uyğun olaraq, Xarici vətəndaşlar haqqında Qanunla qadağan olunan halların olmadığı təqdirdə Azərbaycan Respublikası vətəndaşları 180 gün müddətində 90 gündən artıq olmayaraq, Serbiya Respublikası ərazisinə girə, ölkə ərazisindən keçə və ya ölkədə qala bilərlər.